AZ

"Komandanı elə hazırlamaq lazımdır ki..." - Unai Emeri final ərəfəsində fikirlərini bölüşdü

UEFA Avropa Liqasının sabah baş tutacaq final oyununda "Frayburq"la üz-üzə gələcək "Aston Villa"nın baş məşqçisi Unai Emeri həlledici qarşılaşma ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini AS belə çatdırıb:

"Finalların favoriti olmur. Detallar və nüanslar həddindən artıq çoxdur: bir qırmızı vərəqə, buraxılan və ya vurulan erkən qol hər şeyə emosional təsir edir. Komandanı elə hazırlamaq lazımdır ki, oyunçular finalı yaşasınlar, fəsadlar barədə düşünməsinlər. Futbolçular yalnız 90 dəqiqə nə edəcəklərini fikirləşməli, hətta penalti seriyasına da hazır olmalıdırlar. Bunu təcrübəmə əsasən deyirəm".

Xatırladaq ki, turnirin finalı İstanbuldakı "Tüpraş" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat 
 

Seçilən
10
1
fanat.az

2Mənbələr