AZ

Anaklaudia Rossbax: Mənzil böhranına təcili şəkildə reaksiya verməliyik

Bakı, 19 may, AZƏRTAC

Mənzil böhranı dərinləşir, qeyri-rəsmi yaşayış məntəqələri isə risk altındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatının təqdim olunması mərasimində deyib.

Bu boşluğu doldurmaq üçün ölkələrin çox fərqli imkanlarının olduğunu söyləyən BMT rəsmisi qeyd edib: “Artıq bir çox yerdə insanlar ev almaq və ya kirayə üçün pul tapa bilmirlər. Bu, gənclər və şəhərlərdəki əhali üçün də problemə çevrilib. Digər tərəfdən, qeyri-formallıq elə bir miqyas alıb ki, artıq buna dözmək mümkün deyil. İnsanlar çox təhlükəli şəraitdə yaşayır. Təbii fəlakətlər zamanı ilk zərər görənlər qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan və evlərini itirən insanlardır. Məhz bu səbəbdən 2026-cı il üçün Dünya Şəhərləri Hesabatında qeyri-formallıq məsələsi açıqdır və biz də yaşadığımız mənzil böhranına təcili şəkildə reaksiya verməliyik”.

Seçilən
32
azertag.az

1Mənbələr