AZ

“Azərbaycan-Gürcüstan münasibətləri region üçün nümunəvi tərəfdaşlıq modelidir“ - DEPUTAT DANIŞDI

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü iki dost və qonşu ölkə arasında münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirdi. Azərbaycan və Gürcüstan münasibətləri təkcə mehriban qonşuluq prinsiplərinə deyil, həm də qarşılıqlı etimad, regional sabitlik və ortaq iqtisadi maraqlar üzərində qurulub.”

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, görüş zamanı siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika və sərmayələr sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb:

”Xüsusilə təbii qazın Gürcüstana təchizatı, elektrik enerjisinin təchizatı və tranziti, həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə bağlı sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın praktiki nəticələr verdiyini göstərir.

Bu görüş həm də Azərbaycanın regionda enerji və nəqliyyat bağlantıları baxımından artan rolunu təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın yalnız öz milli maraqlarını deyil, bütövlükdə Cənubi Qafqazda sabitlik, əməkdaşlıq və inkişaf gündəliyini də dəstəklədiyini göstərir.

Hesab edirəm ki, Azərbaycan-Gürcüstan münasibətləri region üçün nümunəvi tərəfdaşlıq modelidir. Bu əməkdaşlıq gələcəkdə həm xalqlarımızın rifahına, həm də bölgənin beynəlxalq nəqliyyat və enerji dəhlizi kimi əhəmiyyətinin daha da artmasına mühüm töhfə verəcək”.

Müəllif: Günay Hacıyeva
Seçilən
6
1
sia.az

2Mənbələr