AZ

Hikmət Hacıyevdən quru sərhədlərinin açılması ilə bağlı AÇIQLAMA

"Bakı-Tiflis-Bakı sərnişin qatarı bərpası məsələsi dünən Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Baş Naziri arasında müzakirə olunub".

Ucnoqta.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib.

"Hər iki ölkənin liderlərinin verdikləri tapşırıqlara uyğun olaraq aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bu gün hər iki ölkənin birgə qərarı ictimaiyyətə təqdim olundu", - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev quru sərhədlər bağlı olduğu halda sərnişindaşımanın necə həyata keçiriləcəyi barədə suallara da münasibət bildirib:

"Hələ ki işlər aparılır. Hesab edirik ki, sərnişin daşınması ilə əlaqədar dəmiryolu nəqliyyatının Gürcüstan və Azərbaycan arasında bərpasının təmin olunması barədə məsələnin həlli yolları var".

Seçilən
26
17
ucnoqta.az

10Mənbələr