Minalarla çirkləndirilmiş torpaqların təmizlənməsində qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətindən də istifadə olunur.Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən QHT forumunda deyib.O qeyd edib ki, vətəndaş cəmiyyətlərinin fikri, cəmiyyətin mövqeyi olmadan hökumət dayanıqlı gündəliyini icra edə bilməz."Azad edilmiş ərazilərdə 10 min kv/km ərazi minalarla çirkləndirilib. Biz həmin ərazilərdə tarix yazırıq", - H.Hacıyev vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta