AZ

TƏCİLİ: İran bu Avropa ölkələrində terror törədə bilər…

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi (BfV) İranın İsrail və ABŞ ilə münaqişə səngidikdən sonra Avropadakı obyektlərə qarşı fəaliyyətini gücləndirəcəyi barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə qurum “Euractiv” nəşrinə məlumat verib.

BfV-nin məlumatına görə, İran xüsusilə Avropadakı yəhudi və İsrail obyektlərini, iranlı dissidentləri, eləcə də rejimin rəqibi hesab edilən şəxsləri hədəfə ala bilər.

Qurum Almaniyada yaşayan və hərbi hazırlıq keçmək üçün İrana səfər edən və ya başqa yollarla İran rejiminin xidmətinə keçdiyi ehtimal olunan şəxslərlə bağlı işləri izlədiyini bildirib.

“BfV hesab edir ki, müharibə başa çatdıqdan sonra İran rejimi öz kəşfiyyat xidmətlərini rejim əleyhdarlarının, xüsusilə İsrail və Amerika obyektlərinin, iranlı dissidentlərin və xəyanətkar hesab edilən digər şəxslərin izlənməsi və təqibi üçün səfərbər edə bilər”, – deyə idarədən bildirilib.

Alman kəşfiyyatının əməkdaşları hesab edirlər ki, Tehrana daxili təzyiq azaldıqdan sonra İran xaricdəki əməliyyatlara daha çox resurs yönəldəcək.
BfV-nin qiymətləndirməsinə görə, İranın kəşfiyyat xidmətləri “dövlət terrorizmi həddinə çatan” metodlardan istifadə etməyə hazırdır.

“Bu metodlara konkret şəxslərə qarşı təhdidlərdən tutmuş, terror aktlarına hazırlıq məqsədilə müşahidə əməliyyatlarının aparılması daxildir”, – deyə qurum vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
13
1
konkret.az

2Mənbələr