AZ

Alonso “Çelsi”nin məşqçisinə mesaj göndərib: Nə yazıb?

“Çelsi”nin müvəqqəti məşqçisi Kalum Makfarleyn Xabi Alonsonun təyinatına münasibət bildirib.

Publika.az xəbər verir ki, “Goal” Makfarleyndən sitat gətirib:

“Hələ onunla danışmamışam, amma bazar günü mənə mesaj göndərdi. Məzmunu açıqlamayacam, mesajlaşma yolu ilə qısa söhbət etdik.

Hamı həyəcanlıdır. O, əla məşqçidir, böyük kuboklar qazanıb, fantastik oyun karyerası olub. Hamı ona böyük hörmətlə yanaşacaq. Biz çox həyəcanlıyıq. Bu, həqiqətən də əla xəbərdir. O, böyük nüfuza malik çox istedadlı bir mütəxəssisdir. Bəli, bu, klub üçün fantastikdir. Hamımız onunla işləməyi səbirsizliklə gözləyirik.

Seçilən
3
publika.az

1Mənbələr