AZ

Ronaldonun nişanlısı TANINMAZ HALDA - FOTOLAR

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez yeni görünüşü ilə sosial medianın gündəminə çevrilib. Saç rəngini tamamilə dəyişən məşhur modelin son imici izləyicilərini təəccübləndirib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, xarici medianın məlumatına görə, illərdir tünd saçları ilə tanınan Corcina Rodrigez qatıldığı xüsusi brend tədbirində sarı saçlarla görüntülənib.

Yeni görünüşünü sosial media hesabında da paylaşan model qısa zamanda minlərlə bəyənmə və şərh alıb.

Rodrigezin dəyişimi sosial şəbəkələrdə geniş müzakirə olunub. Bir çox istifadəçi onu ilk baxışdan tanımaqda çətinlik çəkdiyini yazıb.

Qeyd edək ki, Corcina Rodrigez son vaxtlar həm şəxsi həyatı, həm də geyim tərzi ilə tez-tez gündəmə gəlir. O, bu yaxınlarda iştirak etdiyi Met Gala tədbirində geyindiyi açıq mavi libası ilə də müzakirələrə səbəb olmuşdu. Bəzi sosial media istifadəçiləri onun seçimini tənqid edərək “zövqsüz” və “stilistə ehtiyacı var” kimi şərhlər yazmışdılar.

30 karatlıq nişan üzüyü ilə diqqət çəkən Rodrigez daha əvvəl verdiyi açıqlamada keçmiş həyatından danışaraq “Əvvəllər ofisiant, xadimə və mağaza satıcısı idim, indi isə müdirəyəm” sözləri ilə gündəm olmuşdu.

9 ildir Cristiano Ronaldo ilə birlikdə olan Georgina Rodrigez həm münasibəti, həm də dəbdəbəli həyatı ilə dünya mediasının diqqət mərkəzində qalmağa davam edir.

Seçilən
2
2
bakivaxti.az

3Mənbələr