AZ

"Bakının gələcək inkişaf strategiyası insan yönümlü olmalıdır"-

"Bakı sürətlə inkişaf edən şəhərdir və son statistik məlumatlara görə paytaxt əhalisinin sayı 3,5 milyon nəfəri ötüb".Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Dayanıqlı Gələcək üçün Çoxsəviyyəli İdarəetmənin Gücləndirilməsi: Yetərli Mənzil və Dayanıqlı İcmalar üçün Yerli Fəaliyyətin Gücləndirilməsi” adlı sessiyada iştirak edən zaman deyib. Eldar Əzizov çıxışında xüsusilə vurğulayıb ki, şəhərin gələcək inkişaf strategiyası insan yönümlü olmalıdır: "Bakı çoxmərkəzli, daha yaşıl və sakinlər üçün rahat şəhər modelinə keçid etməlidir. Bu baxımdan yeni parkların, yaşıl dəhlizlərin və ictimai məkanların yaradılması xüsusi əhəmiyyət daşıyır.Artıq şəhərdə həyata keçirilən yeni layihələr insanların gündəlik həyatına daha yaxın urban mühit formalaşdırır. Küçələrin belə park konsepsiyasına uyğunlaşdırılması şəhər sakinlərinə daha rahat və ekoloji mühit təqdim edir".Gülbəniz Hüseynli / Mətbuat.az


Seçilən
2
metbuat.az

1Mənbələr