ain.az bildirir, Demokrat.az portalına istinadən.
Əzələlərin böyüməsini təmin edən əsas formula idman zallarında deyil, gecələr orqanizmin dincəldiyi saatlarda gizlənir. Demokrat.az xəbər verir ki, alimlərə görə, yatmazdan dərhal əvvəl yeyilən xüsusi qida yuxu zamanı əzələ itkisinin qarşısını alır və onların böyüməsini əhəmiyyətli dərəcədə sürətləndirir. Bu təsirə malik əsas qida isə əslində evlərdə asanlıqla tapıla bilən məhsullardan ibarətdir.Yatmazdan əvvəl qidalanmanın kökəlməyə səbəb olduğu fikri artıq köhnəlmiş sayılır. Yoğurt tərkibində həm tez, həm də yavaş həzm olunan zülallar sayəsində orqanizmdə mühüm rol oynayır. Yavaş həzm olunan bu zülallar mədədə jeləbənzər forma alaraq gecə boyu əzələləri qidalandırmağa davam edir. Beləliklə, yuxu zamanı əzələ itkisi yaşanmır və hətta istirahət zamanı belə əzələ kütləsi artırıla bilir. Bu qarışığın təsirini gücləndirmək üçün üzərinə az miqdarda darçın və bir ovuc qoz əlavə edildikdə orqanizmə sağlam yağlar da təmin edilir.Əvvəllər xolesterolu artırdığı üçün istifadəsi məhdudlaşdırılan yumurta sarısı ilə bağlı mütəxəssislər yeni nəticələr açıqlayıb: əzələ böyüməsi üçün bu hissənin də istehlakı vacibdir. Yumurta sarısı əzələ quruluşunu aktivləşdirən lösin və bərpa prosesini dəstəkləyən D vitamini ilə zəngindir. Aparılan araşdırmalara görə, yumurtanı sarısı ilə birlikdə qəbul edənlər yalnız ağını yeyənlərə nisbətən daha yüksək əzələ bərpası əldə edir.Aşağı kalorili və yüksək zülallı tərkibi ilə toyuq filesi əzələ inkişafına birbaşa dəstək verir. Lakin peşəkar idmançıların istifadə etdiyi xüsusi üsul var: toyuğu şirin kartof və ya qəhvəyi düyü kimi kompleks karbohidratlarla birlikdə yemək. Bu karbohidratlar insulin hormonunu aktivləşdirir və qəbul edilən zülalın əzələlərə daha effektiv çatmasına kömək edir.Bitki mənşəli zülalların yetərsiz olduğu düşünülsə də, kinoa bu fikri təkzib edir. Orqanizm üçün vacib olan doqquz əsas amin turşusunun hamısını ehtiva edən kinoa həm də maqnezium mənbəyidir. Bu mineral əzələlərdə spazm və ağrıların qarşısını alır, gecə daha keyfiyyətli bərpa və rahatlanma təmin edir.Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.