AZ

Azərbaycan Avropanın enerji “təhlükəsizlik xəritəsini” dəyişən əsas oyunçulardan biri kimi

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezidentin “Euronews”a müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Cənub Qaz Dəhlizi vasitəsilə geniş coğrafiyaya qaz ixracı ilə özünü göstərir. Dövlət başçısının vurğuladığı bu əməkdaşlıq ölkənin Avropanın enerji balansında etibarlı və uzunmüddətli tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu yanaşma Azərbaycanın yalnız resurs ixrac edən ölkə deyil, həm də strateji enerji marşrutlarının formalaşmasında iştirak edən aktor olduğunu nümayiş etdirir.

Müsahibədə ifadə olunduğu kimi, enerji sahəsindəki bu rol ölkənin geosiyasi təsir imkanlarını daha da genişləndirir.

Milli Məclisin deputatı Vuqar Bayramov Bizimyol.info-xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yaxından töhfə verən ölkələrdən biridir.

Onun sözlərinə görə, hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 12 üzv dövlətinə təbii qaz nəql edir. Eyni zamanda, Avropa İttifaqı ilə, xüsusilə Avropa Komissiyası ilə münasibətlərin genişlənməsi və dərinləşməsi müşahidə olunur. Xüsusilə Avropada enerjiyə tələbin yüksək olduğu dövrlərdə Azərbaycan qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verən əsas dövlətlərdən birinə çevrilib.

Deputat vurğulayıb ki, bu gün Avropanın təbii qaz idxalında Azərbaycan beşinci ən böyük tərəfdaşdır və bu, ölkənin artan rolunu göstərir. Onun fikrincə, Avropanın enerji təhlükəsizliyinə töhfə, eləcə də Suriya da daxil olmaqla müxtəlif region ölkələrinə təbii qaz ixracı Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da gücləndiyini göstərir.

Bu baxımdan, enerji sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də nəqliyyat və logistika əlaqələrinin dərinləşməsi göstərir ki, Azərbaycan regionun orta güc dövlətinə çevrilib və praktik olaraq regionda təhlükəsizliyə töhfə verən əsas ölkələrdən biridir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr