AZ

"Bakıda iqlim dəyişib, islahata ehtiyac var" -

Bakıda iqlim dəyişib, bu sahədə islahat aparılmalıdır. Son günlər Bakıda müşahidə olunan güclü yağışlar iqlim dəyişikliklərinin artıq açıq şəkildə hiss olunduğunu göstərir". Mətbuat.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhər Forumunun üçüncü günündə çıxışı zamanı deyib:“Mən Bakıda anadan olmuşam, Bakıda böyümüşəm. Son yarım ildə biz çox ciddi olaraq hiss edirik ki, iqlim dəyişib. Mayın 17- də olan yağış da bizim üçün bir çağırışdır”.E.Əzizov qeyd edib ki, şəhər müxtəlif risklərə hazır olsa da, son hadisələrdən sonra xüsusilə yağış sularının idarə olunması istiqamətində yeni islahatlara ehtiyac olduğu aydın görünür:“Şəhər hər cür risklərə hazırdır, amma bu gün gördük ki, yağışla bağlı bu sahədə islahat aparılmalıdır. İqlim dəyişiklikləri artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütün planetin əsas problemlərindən birinə çevrilib. Bu kimi beynəlxalq forumlar çıxış yollarının daha tez müəyyən olunmasına kömək edir".

Gülbeniz Hüseynli / Mətbuat.az

Seçilən
9
metbuat.az

1Mənbələr