AZ

İsrail ordusundan Livan sakinlərinə təxliyə xəbərdarlığı

İsrail

İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində yerləşən 12 yaşayış məntəqəsinin sakinlərinə təcili xəbərdarlıq göndərərək, planlaşdırılan hava zərbələrindən əvvəl onlardan evlərini tərk etmələrini tələb edib.

Xalqcebhesi.az -ın xəbərinə görə, hərbi sözçünün "X" sosial şəbəkəsində ərəb dilində yerləşdirilən bəyanatında göstərilir ki, livanlılar hava zərbələrinin endiriləcəyi rayonlardan ən azı 1 km uzaqlığa köçməlidirlər.

Mətndə vurğulanır:

"İsrail ordusu 'Hizbullah' terror təşkilatı tərəfindən atəşkəsin pozulmasına qətiyyətlə cavab vermək niyyətindədir".

Hərbi rəsminin məlumatına görə, günün birinci yarısında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda 25 raketburaxma qurğusunu və sursat anbarını məhv edib.

Məryəm Quliyeva

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr