ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycanın şəhərsalma siyasəti həm tarixi irsə, həm də müasir urbanizasiya trendlərinə əsaslanır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, paytaxt Bakı qədim şəhər strukturu ilə yanaşı, müasir memarlıq və planlaşdırma nümunələri ilə qlobal urban mərkəzlər sırasında təqdim olunur. Şəhərin bir sıra tarixi abidələrinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi onun mədəni və tarixi əhəmiyyətini daha da artırır.
H.Hacıyev bildirib ki, bu yanaşma təkcə Bakı ilə məhdudlaşmır, ölkənin digər şəhər və qəsəbələrində də paralel şəkildə həyata keçirilir.
Açıqlamada həmçinin post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işlərinə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı şəhərsalma layihələri həyata keçirərək, dağıdılmış yaşayış məntəqələrini yenidən qurur. Bu proses çərçivəsində şəhərlər, kəndlər və infrastruktur tamamilə yenilənir.
Bildirilib ki, ölkə artıq bir neçə şəhər və yüzlərlə yaşayış məntəqəsinin yenidən qurulması prosesini həyata keçirir ki, bu da post-münaqişə bərpası sahəsində nadir və sistemli təcrübə kimi qiymətləndirilir.
Eyni zamanda, keçmiş məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən proqramlar da bu siyasətin mühüm tərkib hissəsi kimi göstərilir.
Əli Hüseynov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.