AZ

İran Vaşinqtonu ABŞ-yə qarşı “yeni cəbhələr” açmaqla hədələyir

Bakı, 19 may, AZƏRTAC

İrana hücumlar yenidən başlasa, ABŞ-yə qarşı “yeni cəbhələr” açılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə ISNA agentliyi İran ordusunun rəsmi nümayəndəsinə istinadla məlumat yayıb. Onun sözlərinə görə, əgər ABŞ İrana yenidən hücum etmək fikrinə düşsə, “biz də yeni silahlar və yeni metodlardan istifadə edərək onlara qarşı yeni cəbhələr açacağıq”.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp mayın 19-da İrana planlaşdırılan zərbələri ləğv etdiyini açıqlamış və bildirmişdi ki, bunu Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə edib.

Bu arada “The New York Times” qəzeti yazıb ki, ABŞ-nin İrana qarşı yeni zərbələrdən çəkinməsinin bir səbəbi də İslam Respublikası ordusunun hava hücumlarına uyğunlaşması barədə Pentaqonun xəbərdarlığıdır.

 

Seçilən
7
2
azertag.az

10Mənbələr