AZ

Bir iynə ilə qorxu və təşvişdən birdəfəlik qurtulmaq mümükün olacaq

ain.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Alimlər narahatlıq, stress və depressiyanın müalicəsində inqilabi hesab edilən yeni preparat hazırlayıb. “PA-915” adlı eksperimental birləşmə ilkin araşdırmalarda “narahatlıq vaksini”nə bənzər təsir göstərərək heyvanlarda təşviş və depressiya əlamətlərini əhəmiyyətli dərəcədə azaldıb. Araşdırmalar göstərib ki, preparatın təsiri tək dozadan sonra 8 həftəyədək davam edir.Mütəxəssislərin sözlərinə görə, PA-915 beyində stress reaksiyasını idarə edən PAC1 reseptoruna təsir edir. Bu reseptor kortizol hormonunun ifrazı və hipotalamus-hipofiz-böyrəküstü vəzi sisteminin fəaliyyətində mühüm rol oynayır. Xroniki stress zamanı həmin sistem həddindən artıq aktivləşərək narahatlıq, emosional tükənmişlik və depressiyaya səbəb olur. Preparat isə bu mexanizmi zəiflədərək beyində “stress siqnallarını” azaltmağa kömək edir.Alimlər hesab edir ki, gələcəkdə bu yanaşma posttravmatik stress pozuntusunun profilaktikası və yüksək stress altında çalışan insanların müalicəsində istifadə oluna bilər. Hazırda preparat yalnız heyvanlar üzərində sınaqdan keçirilib və növbəti mərhələdə insanlar üzərində klinik tədqiqatların aparılması planlaşdırılır.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
saglamolun.az

1Mənbələr