AZ

WUF13-də Xəzər regionunda iqlimə davamlı şəhərlərin qurulması məsələsi gündəmə gəlib

Azərbaycan regional və beynəlxalq tərəfdaşlarla birlikdə iqlim dəyişikliyinin azaldılması və uyğunlaşması sahəsində birgə təşəbbüslərin dəstəklənməsi üçün töhfə verməyə hazırdır.

"Far.Az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bugünkü müzakirələr Xəzər regionunda iqlimə davamlı şəhərlərin və icmaların qurulmasında yeni fikirlər ortaya qoyub:

"Forum eyni zamanda şəhər uyğunlaşmasında innovativ yanaşmaların təşviqi və iqlim maliyyəsinin daha səmərəli şəkildə səfərbər edilməsi istiqamətində regional əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verir".

Seçilən
15
far.az

1Mənbələr