ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
VI. Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Sempozyumu Qırğızıstanın Bişkek şəhərində keçiriləcək
Qırğızıstan-Türkiyə Manas Universiteti, Qırğızıstan Jurnalistlər Birliyi, Niğde Ömər Halisdemir Universiteti, Türk Dünyası Jurnalistlər Federasiyası və Türk Dünyası Kültür, Sənət və Kino Fondu tərəfdaşlığı ilə kommunikasiya və incəsənətin bütün sahələrində elmi fəaliyyət göstərən sənətçilərin, akademiklərin və alimlərin iştirak edə biləcəyi beynəlxalq bir “bilgi şöleni” təşkil ediləcək. Ətraflı məlumat: www.tdiletisimvesanatsempozyumu.com
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdəki Türklər və Qohum Toplumlar İdarəsi (YTB) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən birbaşa dəstəklənən “VI. Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Sempozyumu” 21–25 oktyabr 2026-cı il tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
Qırğızıstan-Türkiyə Manas Universitetinin tərəfdaşlığı, Niğde Ömər Halisdemir Universiteti Kommunikasiya Fakültəsinin koordinasiyası və Qırğızıstan Jurnalistlər Birliyinin dəstəyi ilə təşkil edilən sempozyumun məqsədi kommunikasiya və incəsənətin bütün sahələrində elmi araşdırmalar aparan sənətçi, akademik və alimləri bir araya toplamaqdır.
Sempozyum çərçivəsində Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən hər il keçirilən və bu il 11-cisi təşkil olunacaq Türk Dünyası Sənədli Film Festivalının Qırğızıstan mükafatlı film nümayişləri də baş tutacaq.
Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir bildirib ki, bu il sempozyum Qırğızıstanda keçiriləcək və tədbir böyük zəhmət və fədakarlıqla hazırlanır. Onun sözlərinə görə, ev sahibliyini Manas Universiteti üzərinə götürüb və Qırğızıstan Jurnalistlər Birliyi Türkiyə və digər türk dövlətlərindən gələcək qonaqları qəbul edəcək.
Sempozyumun əsası 2019-cu ildə Amasya Universitetində “Beynəlxalq Türk Dünyası Mətbuat Sempozyumu” adı ilə qoyulmuş, daha sonra Niğde Ömər Halisdemir Universitetində genişləndirilərək “Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Sempozyumu” adlandırılmışdır.
Əvvəlki illərdə tədbir Bakıda (Azərbaycan), Daşkənddə (Özbəkistan) və Almatıda (Qazaxıstan) keçirilmişdir.
VI sempozyuma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti daxil olmaqla bir çox universitetlər və təşkilatlar dəstək verir.
Sempozyumun məqsədi kommunikasiya və incəsənət sahəsində elmi müzakirələrin aparılması, təcrübə mübadiləsi, ortaq tədqiqat metodlarının formalaşdırılması və Türk Dünyasında gələcək birgə layihələr üçün elmi zəmin yaratmaqdır.
Tədbirdə təqdim olunan məruzələr Türk Dünyası ilə bağlı kommunikasiya və incəsənətin bütün sahələrini əhatə edəcək. Sənətçilər, alimlər və akademiklərin bir araya gəlməsi ilə yeni baxışların formalaşması və elmi biliklərin inkişafı gözlənilir.
Niğde Ömər Halisdemir Universiteti tərəfindən koordinasiya edilən sempozyuma iştirakçılar Türk dillərinin bütün ləhcələrində, həmçinin ingilis və rus dillərində məruzələrlə müraciət edə biləcəklər. Nəticələr 2026-cı ilin dekabrında elektron kitab şəklində nəşr olunacaq.
Bundan əlavə, seçilmiş tam məruzələr MANAS Sosial Araşdırmalar Jurnalı və BELET Beynəlxalq Sosial Elmlər Jurnalının xüsusi buraxılışlarında dərc ediləcək.
Sempozyumla bağlı geniş məlumat www.tdiletisimvesanatsempozyumu.com saytında üç dildə (Türkcə, İngiliscə və Rusca) təqdim olunur.
Təşkilatçılar bildirirlər ki, tədbir Türk Dünyasında kommunikasiya və incəsənət sahəsində yeni elmi və yaradıcılıq əməkdaşlıqlarına zəmin yaradacaq və əvvəlki illərdə olduğu kimi böyük maraqla qarşılanacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.