AZ

Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir KİMƏ AİDDİR?

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyaya səfər etmək üçün indi RuID tətbiqində qeydiyyatdan keçmək zəruri olacaq. 

Avtosfer.az xəbər verir ki, iyulun 1-dən etibarən Rusiyaya istənilən yolla daxil olmaq istəyən şəxslər hökumət portalındakı RuID tətbiqində qeydiyyatdan keçməli olacaqlar.

Qeydiyyatın müddəti səfərdən ən tezi 90 gün və ən geci 72 saat əvvəl müəyyən edilib. Qeydiyyatdan sonra bir neçə gün ərzində müraciət edən şəxsə təsdiq cavabı gələcək. İmtina cavabı gəlmiş şəxslər federasiyaya buraxılmayacaq. 

Bu tələb Rusiya ilə vizasız rejimin tətbiq edildiyi ölkələrin vətəndaşlarına şamil edilir. Viza ilə, xidməti və ya diplomatik pasportla səfər edənlər federasiyaya adi qaydada gedə biləcəklər. 

Maraqlıdır ki, tətbiqdə erməni dili olsa da, Azərbaycan dili yer almır. Yeni sistemin mahiyyəti Rusiyaya gələnlərə daha ciddi nəzarət təbiq etməkdir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
avtosfer.az

1Mənbələr