"Ötən gün Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı ilə Azərbaycanın bütün bölgələrinə aid tarixi abidələri və müasir memarlıq nümunələrini müqayisəli şəkildə təqdim edərək, ölkəmizin həm tarixi irsə sahib çıxan, həm də yeniliyə açıq bir dövlət olduğunu göstərməyə çalışdı və bunu olduqca uğurlu müqayisələrlə ifadə etdi".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi.
"Dövlət başçısı tarixi abidələrin adlarını, hansı əsrə aid olduqlarını, eyni zamanda yeni memarlıq nümunələrinin bu irslə necə həmahəng şəkildə qurulduğunu diqqətə çatdırdı və bu, olduqca önəmli məqam idi. Çünki bu platforma böyük əhəmiyyət daşıyırdı; xarici ölkələrdən, ümumilikdə 45 ölkədən nümayəndələr iştirak edirdi və onların hamısı Azərbaycanın həm reklam çarxlarında, həm də bu cür çıxışlarda təqdim etdiyi təcrübədən müəyyən məqamları özləri üçün nümunə kimi qeyd etdilər.
Prezident də bu istiqamətdə, ən yüksək səviyyədə, Azərbaycanın müasirliyə nə dərəcədə bağlı olduğunu göstərən fikirlərini iştirakçıların diqqətinə çatdırdı", - millət vəkili qeyd etdi.
Aytəkin TOFİQQIZI