AZ

Küçədə samuray qılıncı ilə özünə xəsarət yetirən qız SAXLANILDI – VİDEO

Aydında samuray qılıncı ilə küçədə gəzən və özünə xəsarət yetirən gənc qız xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Türkiyənin Aydın şəhərinin Efeler rayonunda dəhşətli anlar yaşanıb. Gənc bir qız əlində samuray qılıncı ilə küçədə gəzərək həm özünə xəsarət yetirib, həm də ətrafdakı vətəndaşlar arasında qorxu yaradıb.

Hadisə axşam saatlarında baş verib. Yoldan keçənlər əlində qılıncla gəzən və özünə xəsarət yetirən qızı görərək dərhal “112” təcili yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə cəlb olunan polis əməkdaşları gənc qızı zərərsizləşdiriblər. O, ilkin müdaxilədən sonra təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları gənc qızın bu addımı hansı səbəbdən atdığını və qılıncı haradan əldə etdiyini araşdırır.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от tv100 (@tv.100)

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
30
interpress.az

1Mənbələr