AZ

Almaniya səfiri Xəzər Universitetində olub

ain.az bildirir, Gununsesi portalına istinadən.

Almaniyanın Azərbaycandakı Səfiri Dr. Ralf Horlemann Xəzər Universitetində olub.

Gununsesi.info xəbər verir ki, səfir rektor Dr. Raziə İsayeva ilə görüşüb.

Görüş zamanı universitetin inkişaf perspektivləri, Almaniya universitetləri ilə əməkdaşlığın genişləndirilməsi və gələcək akademik tərəfdaşlıq imkanları müzakirə olunub.

Tədbirin əsas hissəsi tələbələrlə açıq dialoqa həsr edilib. “Almaniya və Azərbaycan: Dinamik Münasibətlər” mövzusunda çıxışı zamanı səfir Dr. Horlemann Almaniya–Azərbaycan əlaqələrinin son illərdə uğurla inkişaf etdiyini vurğulayaraq, xüsusilə təhsil və ali təhsil sahəsində əməkdaşlığın, eləcə də Almaniyada təhsil və peşə imkanlarının genişləndirilməsi üçün perspektivlərdən bəhs edib.

Canlı və interaktiv müzakirə zamanı beynəlxalq siyasət, diplomatiya və gənclərin beynəlxalq münasibətlərdə rolu ətrafında fikir mübadiləsi aparılıb.

Gənclərlə açıq dialoq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Almaniya–Azərbaycan tərəfdaşlığının mühüm sütunlarından biri olaraq qalır.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
icma.az

1Mənbələr