AZ

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndidə - FOTOLAR 

Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Siyasi məsələlər üzrə Baş katibinin müavini Olof Skuqun başçılıq etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, qonaqlar əvvəlcə Zəfər parkında olublar.

Daha sonra nümayəndə heyəti Qarabağ Universiteti ilə tanış olub. Qonaqları universitetin rektoru Şahin Bayramov qarşılayaraq, ali təhsil müəssisəsi, yeni tikilən tələbə şəhərciyi və yeni tədris korpusları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Qarabağ Universitetində müasir tədris mühiti formalaşdırılıb, tələbələrin istifadəsi üçün kompüter otaqları, zəngin kitabxana fondu, eləcə də müxtəlif istiqamətlərdə laboratoriyalar yaradılıb.

Sonra qonaqlar universitetin iqtisadiyyat fakültəsində olub, burada tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar. Nümayəndə heyətinə fakültənin tədris prosesi və akademik imkanları barədə də məlumat verilib.

Seçilən
5
4
cebheinfo.az

5Mənbələr