AZ

UNEC-də ingilis dili imtahanları APTIS sistemi əsasında təşkil olunacaq

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ildən etibarən ingilis dili imtahanları ilk dəfə olaraq “British Council”un APTIS sistemi əsasında təşkil olunacaq.

Universitetdən AZƏRTAC-a verilən məlumata görə, yeni imtahan modelinin tətbiqi tələbələrin dil biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsinə xidmət edir. Bildirilib ki, tələbələrin yeni formatla tanış olması və imtahan prosesinə uyğunlaşmasını təmin etmək məqsədilə sınaq imtahanı keçirilib. Sınaq mərhələsində tələbələrin imtahan prosesi ilə bağlı rəy və təklifləri dinlənilib, həmçinin xarici dil üzrə nəticələrin CEFR beynəlxalq qiymətləndirmə sisteminə uyğunlaşdırılması istiqamətində təkliflər qəbul edilib.

Qeyd olunub ki, yeni yanaşma tələbələrin ingilis dili biliklərinin beynəlxalq meyarlara əsasən qiymətləndirilməsinə, eləcə də əldə olunan nəticələrin beynəlxalq səviyyədə tanınmasına imkan yaradacaq.

Seçilən
3
1
azertag.az

2Mənbələr