AZ

Dəməşqdə qanlı hücum! Müdafiə Nazirliyi hədəf alındı

Suriyanın paytaxtı Dəməşqin Duveyla rayonunda, Müdafiə Nazirliyinə məxsus Silahlanma İdarəsi binasının yaxınlığında partlayış baş verib.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Müdafiə Nazirliyinin Media və Kommunikasiya İdarəsinin açıqlamasında qeyd olunub ki, Dəməşqin Bab Şərqi bölgəsində Müdafiə Nazirliyinin binalarından birinin yaxınlığında əldəqayırma partlayıcı qurğu (PPS) aşkar edilib.

Bəyanatda cihazın dərhal ələ keçirildiyi və zərərsizləşdirilməsinə cəhd edildiyi, lakin bomba yüklü bir nəqliyyat vasitəsinin eyni ərazidə partladığı bildirilir.

Partlayış nəticəsində bir əsgərin öldüyü, bir neçə əsgərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib. Ətrafdakı çoxsaylı nəqliyyat vasitələri də partlayış nəticəsində zədələnib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
1
turkustan.az

2Mənbələr