Vaşinqton Kubaya qarşı hərbi əməliyyatların keçirilməsi variantlarını real şəkildə masaya yatırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri yüksəksəviyyəli rəsmiyə və məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası rəsmi Havanaya qarşı indiyədək yürüdülən təzyiq kampaniyasının heç bir nəticə verməməsindən ciddi narazıdır.
Hazırda Vaşinqtonda Kubaya qarşı xüsusi fəaliyyət planı hazırlanır. Bu planın həm qorxutmaq məqsədilə həyata keçiriləcək nöqtəvi (birtərəfli) hava zərbələrini, həm də adadakı mövcud rejimi devirmək üçün genişmiqyaslı hərbi müdaxiləni (böyük işğalı) əhatə edə biləcəyi vurğulanır.

Bizim.Media