AZ

Quru sərhədlər bağlıykən Tiflisə qatarla gediş gəliş necə olacaq? Rəsmi AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycan və Gürcüstan arasında sərnişin qatarının hərəkətinin bərpası məsələsi dövlət rəhbərləri səviyyəsində birbaşa müzakirə olunub. Dövlət başçılarının xüsusi tapşırıqları əsasında hər iki ölkənin aidiyyəti qurumları dəmir yolu xəttinin yenidən açılması istiqamətdə birgə fəaliyyət göstərir.Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında danışıb. O, iki ölkənin birgə qərarının artıq ictimaiyyətə təqdim olunduğunu bildirib.Prezidentin köməkçisi quru sərhədlərinin bağlı olduğu şəraitdə sərnişindaşımanın hansı formada təşkil ediləcəyi ilə bağlı suallara da aydınlıq gətirib. Hikmət Hacıyev vurğulayıb ki, “Hələki işlər aparılır. Hesab edirik ki, sərnişin daşınması ilə əlaqədar dəmiryol nəqliyyatının Gürcüstan və Azərbaycan arasında bərpasının təmin olunması barədə məsələnin həlli yolları var”.Yəni, Azərbaycan və Gürcüstan rəhbərliyi koronavirus pandemiyasından bəri dayandırılan Bakı-Tiflis qatarının yenidən işə düşməsi üçün rəsmi qərar veriblər və quru sərhədlərinin bağlı olmasına baxmayaraq, sərnişinlərin qatarla gediş-gəlişini təmin edəcək xüsusi mexanizmlər üzərində işləyirlər.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
demokrat.az

1Mənbələr