AZ

Suriyanın paytaxtı Şamda partlayış: 1 əsgər həlak olub

Suriyanın paytaxtı Şam şəhərinin Duveyla bölgəsində Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin binası yaxınlığında güclü partlayış baş verib.

Məlumata görə, hadisədən sonra əraziyə təhlükəsizlik və təcili tibbi yardım qrupları göndərilib.

Suriyanın rəsmi SANA agentliyi bildirib ki, Bab Şərqi bölgəsində Müdafiə Nazirliyinə məxsus binalardan birinin yaxınlığında partlayışa hazır vəziyyətdə qurğu aşkarlanıb. Təhlükəsizlik qüvvələri onu zərərsizləşdirməyə çalışarkən eyni ərazidə bomba yüklü avtomobil partlayıb.

Partlayış nəticəsində 1 hərbçi ölüb, bir neçə əsgər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı ətrafda olan çoxsaylı avtomobilə də ciddi ziyan dəyib.

Seçilən
12
aznews.az

1Mənbələr