AZ

Rusiya kəşfiyyatından növbəti YALAN: Latviya XİN-dən SƏRT CAVAB

Rusiyanın Latviya ərazisindən zərbələr endirilməsi ilə bağlı iddiaları yalandır.

İnterpress.az xəbər verir ki, bu barədə Latviyanın Xarici İşlər naziri Bayba Braje özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Latviyanın Xarici İşlər naziri Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) Latviya ərazisindən Rusiyaya zərbələr endirilməsinə hazırlıqla bağlı yaydığı məlumatları qətiyyətlə təkzib edib.

“Rusiya yenidən yalan danışır. Bu dəfə SVR Latviyaya qarşı dezinformasiya kampaniyası aparır. Latviya Rusiyaya hücumlar üçün öz hava məkanını təqdim ETMİR. Bu, dəfələrlə Rusiya nümayəndələrinə izah edilib”, – deyə Bayba Braje vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın arxa cəbhə regionlarına yeni silsilə “zərbələr endirməyə” hazırlaşdığını, Latviyanın isə öz ərazisindən dronların buraxılmasına razılıq verdiyini iddia etmişdi.

Rəsmi Riqa bu cür iddiaların iki ölkə arasında gərginliyi artırmaq məqsədi daşıdığını bildirir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
14
interpress.az

1Mənbələr