Türkiyənin məşhur “Güfte Edebiyat” dergisinin 30-cu sayı xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubleyinə həsr olunub. Tam şəkildə istiqlal və millət şairindən bəhs edən dərgi Azərbaycan təmsilçisi, tanınmış şair Aysel Xanlarqızının S.Rüstəmxanlı ilə geniş müsahibəsi ilə başlayır. Müsahibədə 80 illik ömrünü “Mən hadisələrin içində tarixə yön verən milli qüvvələrin mərkəzində və ya önündə olmağa çalışmışam” fikri ilə ifadə edən Rüstəmxanlı, Türk dünyası ilə bağlı idealı “Sərhəd çəkilməklə millət ayrılmaz” sözleriyle ifadə edir.Dərginin Anadoludan olan əməkdaşı Aleyna Malkoçun Azərbaycan xalq şairi ilə söhbətində Nazim Hikmətlə bağlı maraqlı məqamlar yer alıb: “Onun ilk kitabı Bakıda dərc olundu.Azerbaycana çox bağlı idi. Bakıda onuçoxsevirdilər.“Nazım Hikmət komunistdirmi? Türkiyədən niyə qaçıb?” Bu sualları düşünən yox idi. Biz onun şer dilinə və şerinin içindəki Türk sevgisinə aşiq idik”.
Millət vəkili Tənzilə RüstəmxanlınınMilli Azadlıq mübarizəsi illərində xalqı sözü və kitabları ilə xalqı Meydana gətirən və o Mehyadın önundə olanmilli mücadilənin simvoluna çevrilmiş Sabir Rüstemxanlı haqda “Şairlərə Vəfa Borcumuz” adlı yazısında ciddi məqamlar yer alır. Dərginin “Azerbaycanın Söz Bayrağı Sabir Rüstəmxanlı”başlıqlı ikinci yazısı isə Türk dünyasına önəmli xidmətləri olan İmdat Avşara aiddir. Filologiya Elmlər Doktoru Şərifova Salidə xanının“Sabir Rüstəmxanlı Poeziyasının Bədii Xüsusiyyətləri”, Prof. Dr. Rəsmiyyə Sabirin“Azərbaycan Ədəbiyyatında və İctimai Fikir Tarixində Silinməz İz Qoymuş Şəxsiyyət” başlıqlı yazılarında Sabir Rüstəmxanlı yaradıcılığı təhlil olunur. Türkiyəli şair Doğanay Dağlar “İçtimai məsuliyyət və Sabir Rüstəmxanlının Milli yaddaş vəzifəsi” , şair və jurnalın Azərbaycan təmsilçisi olan Aysel Nəsirzadənin “Sözün və Milli Ruhun Keşikçisi – Sabir Rüstəmxanlı”başlıqlı məqaləsində Filologiya Elmlər Doktoru, VaqifYusiflinin“Vətən Şairi” , “BuVətənDeyilənDünyamSirlidi” ve “Poemaları” başlıqlı üç ayrı bölümdə Rüstəmxanlının şerləri və ədəbi kimliyi təhlil olunur. Yavuz Selim Uğurlu “Sabir Rüstəmxanlının “Atamın Ruhu” adlı əseri” yazısında, İradə Aytel “İki Kəlmə – Ayrılıq və yaxud Sabir Rüstəmxanlı yaradıcılığında sevgi şeirləri…” məqaləsində şairin iç dünyası haqqında fikirlərini ifadə edir.AMEA Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutu Ədəbi Tənqid Şöbəsi Filologiya Üzrə Fəlsəfə Doktoru, Doç. Dr. Elnarə Elxan Qızı Qaragözovada “Sabir Rüstəmxanlının “Dünya Təmizlənir” Povestində Cəmiyyətin Katarsisi” başlıqlı məqaləsi, Dr. Şehla Aslanın “Sabir Rüstəmxanlı: Dilin, Kimliyin və Vətənin Səsi,.Səidə Əliyevanın“Sabir Rüstəmxanlı Yaradıcılığı Yeni Təfəkkür Hadisəsi Kimi”,Sənətşanaslıq Üzrə Fəlsəfə Doktoru Nigar Sultanlının “Söz Yaradanın Xəlifəsinə Göndərdiyi Lütfdür”,Nəzakət Cavadovanın “ŞairQəlbindənMillətYaddaşınaUzananÖmür” başlıqlı yazıları şirin dünyagörüşü, yaradıcılığı və mübarizəsi haqda ətraflı rəy yaradır.
Dərginın xalq şairi ilə bağlı hissəsi Gülnar Hüseynovanın (Faiqqızı) “Millətin Sözünün Zirvəsi: Sabir Rüstəmxanlı – 80” diyerek Sabir Rüstemhanlı’ məqaləsi ilə yekunlaşır.