ain.az, Bakupost saytına istinadən bildirir.
2026-cı il buraxılış imtahanları artıq başa çatıb. İmtahanda əldə edilən nəticələr də abituriyentlər üçün bəllidir. Builki nəticələri nəzərə alan bəzi mütəxəsislər bildirir ki, keçid ballarında endirim olmalıdır.
Nəticələr keçid ballarının endirilməsinə əsas verirmi?
Bakupost.az xəbər verir ki, Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi buraxılış imtahanlarının nəticəsi yekun nəticə olmadığından öncədən qəti fikir bildirməyin çətin olduğunu bildirib:
“Təbii ki, təkcə bu faktor buraxılış imtahanlarının nəticələri əsasında deyil, eyni zamanda blok imtahanlarının nəticələri əsasında da önə çıxır. Buraxılış imtahanı yalnız 9 və 11 illik kolleclərə qəbulda, o cümlədən beşinci qrupa qəbulda əsas rol oynayır. Buraxılış imtahanlarının nəticələri də bu il ötən ilin imtahan nəticələrindən fərqlidir. Yüksək göstəricilər də var. Sadəcə, plan yerlərinin dəyişməsi və digər amillər ixtisaslar üzrə keçid ballarına təsir göstərə bilər".
E.Əfəndi söylədi ki, ümumilikdə, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artımını nəzərə alsaq, müəyyən ixtisaslarda bal enməsi yaşana bilər.
Onun fikrincə, bal enməsi prestijli ixtisaslarda baş verməyəcək:
"Çünki prestijli ixtisaslarda balların artımı da qeydə alına bilər və yaxud ötən ilin göstəriciləri təkrarlana bilər”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.