AZ

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

Bakı, 19 may, AZƏRTAC

UN-Habitat-ın “World Cities Report 2026” hesabatı yalnız qlobal meyilləri əks etdirmir, həmçinin yerli kontekstlərə uyğunlaşdırılması ilə də diqqəti cəlb edir.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF 13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) “World Cities Report 2026” adlı hesabatının təqdimatında Çinin Şəhər və Ətraf Mühit Araşdırmaları Mərkəzinin universitet tədqiqatları üzrə direktoru Yunqing Xu deyib.

“Məskunlaşma hər kəs üçün vacib məsələdir. Məqsəd insanların istənilən böhran vəziyyətində həyat şəraitinin yaxşılaşdırılmasına dəstək göstərməkdir. Hər kəs anlamalıdır ki, bu məsələ olduqca kompleks xarakter daşıyır və əgər bu, nəzərə alınmasa, mövcud böhran daha da dərinləşə bilər. Buna görə də mümkün qədər çox insanın bu dialoqa cəlb olunması vacibdir”, - deyə o vurğulayıb.

Müxbirlər- Günel Türksoy, Günel Alıyeva
Fotoqraf- İlkin Cavanşirov
Seçilən
29
2
azertag.az

3Mənbələr