AZ

Sərxoş Qadın Küçədə SAMURAY QILINCI ilə DƏHŞƏT SAÇDI – Polis Güclə Zərərsizləşdirdi



Aydın vilayətinin Efeler rayonunda yaşanan qorxulu hadisə sakinlər arasında panikaya səbəb olub. Əlində samuray qılıncı olan gənc qadın küçənin ortasında özünə xəsarət yetirərək ətrafdakılara dəhşətli anlar yaşadıb.

Türkiyə mediasının yaydığı məlumata görə, hadisə axşam saatlarında Orta Məhəllədə yerləşən küçələrdən birində baş verib. İddiaya əsasən, sərxoş vəziyyətdə olan qadın əlində samuray qılıncı ilə küçədə gəzir, həm özünə zərər verir, həm də ətrafdakı insanlarda böyük qorxu yaradırdı.

Hadisəni görən vətəndaşlar dərhal təcili yardım və polisə məlumat veriblər. Qısa müddətdə əraziyə çox sayda polis əməkdaşı və tibbi briqada cəlb olunub.

Polis əməkdaşları qadına dəfələrlə qılıncı yerə qoyaraq təslim olması barədə xəbərdarlıq etsələr də, o, çağırışlara məhəl qoymayıb və müqavimət göstərməyə davam edib. Hadisə yerində gərgin anlar yaşanıb.

Uzun davam edən danışıqlardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadının diqqətinin yayındığı anda əməliyyat keçirərək samuray qılıncını əlindən almağa nail olublar. Beləliklə, mümkün faciənin qarşısı son anda alınıb.

Özünə müxtəlif xəsarətlər yetirən qadına hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, nəzarət altında xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb. Qadının psixoloji vəziyyəti və hadisənin dəqiq səbəbləri araşdırılır.



Seçilən
32
aia.az

1Mənbələr