AZ

İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verilib

Azərbaycan Prezidenti İlham Əliyevə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin fəxri doktoru adı verilib.Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Kiyev Milli İnşaat və Memarlıq Universitetinin nümayəndə heyəti Elm və Təhsil Nazirliyində görüş keçirib.

Universitetin rektoru Oleksiy Dniprov bildirib ki, ali təhsil müəssisəsinin Akademik Şurasının qərarı ilə Prezident İlham Əliyevə fəxri doktor adı verilib.

Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanda təhsil, elm və şəhərsalma sahələrinin inkişafına töhfələrinə, həmçinin Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi dəstəyə görə bu ada layiq görülüb.

Fəxri doktor diplomu elm və təhsil nazirinin müavininə təqdim edilib.

Görüşdə həmçinin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq və iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Seçilən
2
45
anews.az

10Mənbələr