AZ

Kembric Universitetinin doktorantı: WUF13 müxtəlif layihələri öyrənmək üçün mükəmməl platformadır

Bakı, 19 may, AZƏRTAC

Mən tullantıların idarə olunması, poliqonlar, ictimai məkanlar və digər şəhərsalma problemləri ilə bağlı məsələlər üzrə tədqiqat aparıram. Bu səbəbdən, digər tədqiqatçılar, akademiklər və siyasətçilərlə fikir mübadiləsi etmək və onlardan öyrənmək üçün WUF13-dəyəm.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, Kembric Universitetinin Sosial Antropologiya Departamentinin doktorantı Zoljargal Enkh-Amgalan deyib.

O qeyd edib ki, WUF13 dünyanın dörd bir tərəfində konseptuallaşdırılan müxtəlif layihələr haqqında öyrənmək üçün mükəmməl platformadır.

"Mən Ulan-Batorda təhlükəsiz evlərin və isti sığınacaqların tikilməsində maraqlı olan insanları bu mövzu ətrafında bir araya gətirməyə çalışıram. Çünki Ulan-Bator dünyanın ən soyuq şəhərlərindən biridir. Evsiz insanlar amansız qışla, qeyri-insani münasibətlərlə və cəmiyyətin damğalaması ilə üzləşirlər. Monqolustanın icma tərəfindən idarə olunan mənzil təminatına, münasib qiymətli mənzil layihələrinə, bu sahədə fərqli bir yanaşmaya ehtiyacı var. Həll yolları hər bir ölkə üçün fərqlidir və WUF13 iştirakçıları da özlərinə uyğun gələn həll yolları tapmalıdırlar”, - deyə tədqiqatçı bildirib.

Seçilən
19
1
azertag.az

2Mənbələr