AZ

Hasan Suver: Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı planlaşdırır

Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.

O qeyd edib ki, Türkiyə strateji hədəfə - 2053-cü ilədək sıfır karbon balansına nail olmağa istiqamətlənərək "yaşıl inkişaf" siyasətini planlı şəkildə həyata keçirir.

"2026-cı ildə Antalyada keçiriləcək COP31 konfransı iqlim maliyyəsi, təmiz energetika, karbon bazarları və su ehtiyatlarından səmərəli istifadə sahələrində konkret nəticələr verə biləcək inklüziv və praktikaya yönəlmiş sammit olmalıdır", - nazir müavini vurğulayıb.

Bundan əlavə, H. Suver COP prosesləri ilə Ümumdünya Şəhərsalma Forumu arasında koordinasiyanı gücləndirmək çağırışı ilə çıxış edib.

Seçilən
15
2
missiya.az

3Mənbələr