ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Sabah Şəki, Balakən, Zaqatala, Qax və Qəbələnin bəzi yerlərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Bizim.Media-nın yerli bürosuna Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, fasilələr payız-qış mövsümünə hazırlıq, eləcə də təmir-quraşdırma işləri ilə əlaqədar həyata keçiriləcək.Ən genişmiqyaslı kəsinti Şəki və Balakən rayonlarını əhatə edəcək. Belə ki, Şəki şəhəri və 32 kənddə qaz təchizatı saat 10:00-dan etibarən dayandırılacaq.
Balakəndə isə PE-315 mm-lik qaz xəttinin kipliyə yoxlanılması ilə əlaqədar saat 09:00-dan başlayaraq Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə qaz verilişi müvəqqəti dayandırılacaq. Qaxda saat 10:00-dan etibarən Qax şəhəri ilə yanaşı Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qəbələ rayonunun Nic qəsəbəsi, Mirzəbəyli, Daşca, Mıxlıqovdaq, Yemişənli və Zarağan kəndlərində də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.Zaqatala rayonunda isə təmir-quraşdırma işləri ilə əlaqədar Danaçı kəndi və Zaqatala şəhərinin Kiçikxanlı küçəsində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatında müvəqqəti fasilə yaranacağı bildirilib.Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.