AZ

Rəsul Rza mükafatları təqdimOLUNDU

Mayın 19-da görkəmli Xalq şairi Rəsul Rzanın doğum günüdür. Bu münasibətlə birinci Fəxri xiyabanda Xalq şairinin məzarı ziyarət olunub.

Redaktor.az xəbər verir ki, Rəsul Rzanın böyük yaradıcılığından, Azərbaycan xalqı üçün dəyərindən söz açan Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov ötən il onun ev-muzeyinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib.

“Rəsul Rzanın evi hər zaman qonaq-qaralı olub. İndən sonra da elə olacaq”, - deyə Rafael Hüseynov çıxışını yekunlaşdırıb.

Xalq yazıçısı Anar ailəsi adından ziyarət iştirakçılarına təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan Yazıçılar Birliyində Rəsul Rza Ədəbiyyat Ocağı İctimai Birliyinin tədbiri keçirilib. Birliyin sədri, akademik Rafael Hüseynov hər il may ayının 19-da ənənəvi olaraq təqdim edilən Rəsul Rza mükafatı haqqında danışıb. Bu il mükafat alacaq şəxslərin adları açıqlanıb. Xalq şairi Sabir Rüstəmxanlı, Əməkdar incəsənət xadimi Vaqif Bayatlının adları elan olunub. Bundan başqa, tənqidçi Əsəd Cahangir, şair-publisist Azər Hacıbəyli, şair Seyidağa Seyid Sadıq, şair Məlahət Hümmətqızı, ədəbiyyatşünas Əkbər Əlioğlu Rəsul Rza mükafatına layiq görülüblər. Mükafat alanlar Rəsul Rza Ədəbiyyat Ocağına, Xalq yazıçısı Anara və akademik Rafael Hüseynova minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
24
4
redaktor.az

5Mənbələr