AZ

Türkiyə və Ermənistan 33 ildən sonra sərhədlərini aça bilər

Türkiyə və Ermənistan tərəfləri arasındakı sərhəd bu respublikada iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra açıla bilər.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, iyunun 7-də baş tutacaq seçkilərdən sonra Ermənistan nümayəndələri konstitusiyanı dəyişdirəcək və referendum keçirəcəklər.

“Bundan sonra həm Ermənistanla Türkiyə, həm də Ermənistanla Azərbaycan arasındakı sərhədlər açılacaq”, - deyə diplomat əlavə edib.

R. Məmmədov qeyd edib ki, Bakı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. O vurğulayıb ki, Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsindən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd məntəqələrinin açılması üçün ümidlər yaranıb.

Seçilən
5
publika.az

1Mənbələr