Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər edib.
"Far.Az" xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov "X" sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, səfər zamanı EEAS-in nümayəndə heyəti bərpa-quruculuq işləri və minatəmizləmə əməliyyatı ilə tanış olub.
Avropa Xarici Fəaliyyət Xidmətinin (@eu_eeas ) baş katibinin müavini və nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər ediblər. Səfər zamanı bərpa-quruculuq işləri və minatəmizləmə əməliyyatı ilə yaxından tanış olublar. #Ağdam #Füzuli #Xocavənd #MinaTəmizləmə
— Emin Huseynov (@Emin_H_official) May 19, 2026
The Deputy… pic.twitter.com/1M1oLQhSYW