AZ

Goranboyda iki qadın qətlə yetirilib

Goranboyda dəhşətli qətl hadisəsi baş verib.

"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, Veyisli kəndində baş verən hadisə zamanı 1992-ci il təvəllüdlü Rövşən Məmmədovun qaynanası və həyat yoldaşının öldürdüyü ehtimal olunur.

Belə ki, tərəflər məhkəmədən - boşanma prosesindən qayıdırlarmış. Hadisənin baş verdiyi ərazidə (Veyisli kəndi) R. Məmmədov öncə avtomobillə qaynanası Natella Duyenka (1972) və həyat yoldaşı Sevinc Məmmədovanın (2003) olduğu avtomobili vurub.

Daha sonra maşınla N. Dudyenkanın üzərindən keçib, ardınca S. Məmmədovanı qətlə yetirib.

Daha sonra isə boş sahəyə gedərək özünü öldürüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Seçilən
21
olke.az

1Mənbələr