AZ

Klub baş məşqçiyə görə təzminat tələb edə bilər

style='margin-bottom:10px;'>

“Çelsi” “Mançester Siti”dən Enzo Mareska ilə bağlı kompensasiya tələb edə bilər.

QOL.az xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, London klubu italyalı mütəxəssisin “şəhərlilər”ə mümkün təyinatına görə Premyer Liqaya şikayət etmək variantını nəzərdən keçirir.

Bildirilir ki, "Çelsi" rəhbərliyi hələ "zadəganlar"ı çalışdırdığı dönəmdə "Mançester Siti" ilə gizli danışıqlar aparan italiyalı mütəxəssisin bu addımından olduqca qəzəblənib. Klub bunu qayda pozuntusu kimi qiymətləndirir.

Qeyd olunur ki, razılaşma əldə olunmasa, London təmsilçisi rəsmi araşdırma üçün Premyer Liqaya müraciət etməyə hazırdır.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr