AZ

Mango”nun qurucusunun ölümü ilə bağlı şok: milyarder iş adamının oğlu saxlanıldı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Dünyaca məşhur geyim markası Mango-nun qurucusu Isak Andikin 2024-cü ilin sonunda şübhəli ölümü ilə bağlı araşdırma aparan İspaniya polisi, milyarder iş adamının oğlu Jonathan Andiki qətl şübhəsi ilə saxlayıb.Demokrat.az xəbər verir ki, İspaniyanın Kataloniya bölgəsində fəaliyyət göstərən “Mossos d’Esquadra” polis qüvvələri uzun müddətdir gizli şəkildə davam edən istintaq çərçivəsində bu addımı atıb.Hadisə Barselona yaxınlığındakı Montserrat bölgəsində baş verib. Məlumata görə, iş adamı təxminən 100 metr hündürlükdən düşərək həyatını itirib. O vaxt hadisə yerində yalnız oğlunun olduğu bildirilib. İndi isə o, şübhəli kimi istintaqa

cəlb olunub və bütün ittihamları rədd edir.İsak Andik İstanbulda doğulub və 14 yaşında İspaniyaya köçüb. O, sıfırdan qurduğu tekstil imperiyası ilə böyük uğur qazanıb və Forbes siyahılarına görə təxminən 4.5 milyard avro sərvətə sahib olub. Ölüm vaxtı İspaniyanın ən varlı insanları arasında idi.Leyla

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
demokrat.az

1Mənbələr