Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Prospektdə avtomobil dayanacağa çırpılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada baş verən hadisə kameraya düşüb.
Məlumata görə, Mir prospektində hərəkətdə olan "İnfiniti" markalı minik avtomobili idarəetmədən çıxaraq sərnişinlərin olduğu dayanacağa çırpılıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb olunub və yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.
Qəzaya səbəb olan avtomobilin 21 yaşlı sürücüsü saxlanılıb. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.