AZ

Əvvəl belə deyildi, amma... Doğma kəndində işləyən müəllim duyğularını bölüşdü

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Laçının Zabux kəndinə qayıtmaq mənim ən böyük arzum idi".

Bunu Zabux kəndinə qayıdan müəllimə Fənar Qənbərova Baku TV-yə açıqlamasında deyib.

O bildirib ki, 15 yaşında məcburən tərk etdiyi doğma kəndinə illər sonra qayıtmaq onun üçün unudulmaz hissdir:

"Zabux kəndində anadan olmuşam. 15 yaşımda buranı məcburən tərk etmişəm. Hər şeyi xatırlayırdım - təhsil aldığım məktəbi, müəllimlərimi. Buraya qayıdanda gördüm ki, Zabux çayı da, bulaqlar da, dağlar da heç dəyişməyib. Düzdür, evlərdə müəyyən dəyişikliklər var, amma doğmalıq hissi olduğu kimi qalıb".

F.Qənbərova qeyd edib ki, doğma kəndində müəllim kimi fəaliyyət göstərmək onun ən böyük arzularından biri olub:

"Mən həmişə arzulayırdım ki, kəndimizə qayıdım və burada uşaqlara təhsil verim. Hazırda Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllimə işləyirəm".

O, kənddə yaradılan şəraitdən də razılıqla danışıb:

"Burada əlavə məşğuliyyətlərimiz də olur, təsərrüfatla məşğuluq. Həyətdə güllər əkirik, toyuq-cücə saxlayırıq. Mənim üçün bunlar çox maraqlıdır. Burada yaradılan şərait çox gözəldir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
baku.ws

1Mənbələr