Elm və təhsil naziri Emin Əmrullayev Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində Suriyanın təhsil naziri Mohammad Turko, ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb.
"Report" xəbər verir ki, E.Əmrullayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Görüş zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, akademik əlaqələrin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı təcrübə paylaşımının əhəmiyyətinə toxunulub.
Londonda keçirilən Dünya Təhsil Forumu çərçivəsində Suriyanın təhsil naziri Mohammad Turko və ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşdük.
— Emin Amrullayev (@EminAmrullayev) May 19, 2026
Görüş zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, akademik əlaqələrin genişləndirilməsi imkanları ətrafında… pic.twitter.com/zG6yemB27B