AZ

İki yolçu dalaşdı... təyyarə Surquta təcili eniş etdi

Rusiya Federasiyasının Moskva şəhərindən İrkutska uçan təyyarə mənzil başına çatmağa bir az qalmış təcili eniş etməli olub.

Musavat.com xarici mediaya istinadla xbər verir ki, buna səbəb təyyarədəki sərnişinlər arasında dava-dalaş düşməsidir. Uzun sürən qovğa üzündən üzündən təyyarə Xantı-Mansi Muxtar Dairəsindəki Surqut hava limanında təcili eniş edib.

Ural Nəqliyyat Prokurorluğundan mediaya bildirilib ki, təyyarə təhlükəsiz eniş edib və yola düşməyi gözləyən sərnişinlərin hüquqları izlənilir.

Regionun hüquq-mühafizə orqanlarındakı mənbə jurnalistlərə bildirib ki, təyyarədəki sərnişinlər arasında münaqişə baş verib və bir nəfər zorakı davranıb. Mənbənin məlumatına görə, 37 yaşlı kişi saxlanılaraq polis bölməsinə aparılıb.

Onu da qeyd edək ki, istər Rusiyanın daxilində, istərsə də Rusiyadan xairicə və ya əksinə uçan təyyarələrdə bu kimi hadisələr vaxtaşırı baş verir.

Musavat.com

Seçilən
53
musavat.com

1Mənbələr