AZ

Ərdoğan Fon der Lyayenlə Türkiyə-Aİ münasibətlərini, regional inkişafları və əməkdaşlığı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında telefon danışığı olub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, danışıq zamanı Türkiyə-Aİ münasibətləri, regional inkişaflar və qlobal gündəmdəki mövzular müzakirə olunub.

Fon der Lyayen danışıqların çox məhsuldar olduğunu bildirib və Türkiyənin strateji əhəmiyyətini vurğulayıb. "Türkiyə gərgin bölgədə əsas tərəfdaşdır", - o vurğulayıb.

Fon der Lyayen Aİ və Türkiyənin ticarət yollarının açıq saxlanılması, enerji axınlarının saxlanılması və təchizat zəncirlərinin sabitliyinin təmin edilməsi kimi sahələrdə ortaq maraqlara malik olduğunu vurğulayıb, bu məsələlərdə əməkdaşlığın davam edəcəyini bildirib.

Həmçinin Türkiyənin gərginliyin azaldılmasına verdiyi töhfələr və İran məsələsi kontekstində diplomatik həll yoluna yönəlmiş səyləri təqdir olunub. Danışıq zamanı Şərqi Aralıq dənizi və Kipr məsələləri də müzakirə olunub və Aİ-nin BMT-nin rəhbərlik etdiyi prosesləri dəstəkləməyə hazır olduğu bildirilib.

Tərəflər Türkiyə-Aİ münasibətlərinin gücləndirilməsi ilə bağlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Seçilən
1
2
missiya.az

3Mənbələr