AZ

​Bakı Tbilisi Bakı qatarının qrafiki açıqlandı Hansı stansiyalarda dayanacaq?

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Dəmir yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların qrafikini açıqlayıb. “AzPolitika” xəbər verir ki, qatar hər gün

Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq. Açıqlamada qeyd olunur ki, qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

ADY mövzu ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim olunacağını vəd edib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
azpolitika.info

1Mənbələr