Danimarkalı hücumçu Rasmus Hoylund “Napoli”yə keçir.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”in futbolçuçusu həmişəlik keçdiyini özü açıqladı. İtalyan klubu Çempionlar Liqasına düşməklə müqaviləsindəki alış öhdəliyini aktivləşdirdi.
Hoylund “Yunayted”də daimi yer qazana bilmədi və İtaliyada yeni bir macəra üçün hazırdır. “Napoli” bu transferlə hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirmiş oldu.